Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ/ ARDNF)yaranandan bəri dövlət büdcəsinə 140 milyard ABŞ dollarından çoxvəsait köçürüb.
Trend xəbər verirki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiyaForumund SOFAZ-ın icraçı direktorunun müavini Rövşən Cavadovdeyib.
Onun sözlərinə görə, Fondun fəaliyyət dairəsinə “Qars” dəmiryolu, “Bakı–Tbilisi–Ceyhan” neft kəməri, iri suvarma layihələri,mənzil tikintisi, məcburi köçkünlər üçün təhsil proqramları vədigər təşəbbüslər daxildir.
“Fond dünyada ən şəffaf qurumlardan biridir və hazırda 60milyard ABŞ dollarından çox aktivləri idarə edir”, - deyə Cavadovvurğulayıb.
O əlavə edib ki, Fond “BlackRock” və “Blackstone” kimi aparıcıbeynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir ki, bu da bilikvə texnologiyaların ötürülməsi, həmçinin ölkə iqtisadiyyatına birgəinvestisiya imkanları yaradır.