AZ

"Azərsilah"ın əməkdaşı istehsalat qəzasında xəsarət alıb

"Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb".

Bu barədənazirlikdən bildirilib.

"Hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılmış və peşəkar tibbi xidmət almışdır. Hazırda onun vəziyyəti qənaətbəxşdir", - açıqlamada vurğulanıb.

Seçilən
15
27
aznews.az

10Mənbələr