AZ

Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır

Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır.

Tribunainfo.az xəbər verir ki, “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı (AIIF 2025) çıxışında deyib.

Onun sözlərinə görə, uğur qazanmaq üçün çox çalışmaq lazımdır:

“Məncə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır. Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayrıam. Bəzən onların bundan xoşu gəlmir. Futbolçu olduğum illər yadıma düşür və çalışıram, uşaqları anlayaraq onlara çox çalışmağı aşılayım”.

Seçilən
12
15
tribunainfo.az

10Mənbələr