AZ

Alius Antulis: "Yeni memorandum əlavə 30 milyon manatlıq investisiyanı nəzərdə tutur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Son on beş ildə "Carlsberg" Azərbaycanda istehsal avadanlıqlarına, təchizat zəncirinə və ümumilikdə pivə bazarına 101 milyon dollardan çox investisiya qoyub".
Oxu.Az xəbər verir ki, bunu "Carlsberg Azərbaycan"nın Baş icraçı direktoru Alius Antulis bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.
Onun sözlərinə görə, bu investisiya nəticəsində pivə zavodunda 250-dən çox birbaşa iş yeri yaranıb və əlaqədar sənaye sahələrində 3000-dən çox insan çalışır:
"Bizim əsas diqqətimiz həmişə arpa və maltın yerli istehsalına yönəlib. 2021-ci ilə qədər Azərbaycan tamamilə arpa idxalçısından yerli yüksəkkeyfiyyətli xammal istehsalçısına çevrildi. 2021-ci ildə "Carlsberg" İqtisadiyyat Nazirliyi ilə Anlaşma Memorandumu imzalayaraq istehsal və sənaye inkişafına, o cümlədən ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) proqramına investisiya qoymağı öhdəsinə götürdü.
Bu razılaşma çərçivəsində "Carlsberg" 25 milyon manatlıq investisiya qoymağı vəd etmişdi və biz bu vədin 2024-cü ildə bir il əvvəl reallaşdığını deməkdən qürur duyuruq".
"2025-2029-cu illəri əhatə edən yeni memorandum isə əlavə olaraq 30 milyon manatlıq investisiyanı nəzərdə tutur. Bu çərçivədə yerli arpa və malt istehsalının dəstəklənməsi əsas məqsədlərdən biridir", - deyə şirkət rəsmisi qeyd edib.
Məhərrəm Əliyev
Seçilən
17
oxu.az

1Mənbələr