
Ulusum.az-ın Muğan bürosunun məlumatına görə, Alar kəndində fəaliyyət göstərən sahibkar Əliyev Zahir Miri oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçinin xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etmədiyi müəyyən olunub. Həmçinin sahibkarın qanunsuz kəsim fəaliyyəti göstərdiyi, baytarlıq ekspertizasından keçirilməyən, müvafiq müşayətedici sənədləri olmayan ətlərin satışa çıxarıldığı aşkarlanıb.Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması və sağlamlaşdırma işlərinin görülməsi üçün vaxt verilib.R.Daşdəmirova
Diqqət Çəkənlər
Uzman Dr. İftixar Qurbanovdan valideynlərə vacib xəbərdarlıq!
Prezident İlham Əliyev Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb VİDEO
Böyük qayıdış: Növbəti köç karvanı Həsənriz kəndinə çatıb