AZ

Hindistan Su-57 qırıcılarının iki eskadrilyasını almaqda maraqlıdır

Hindistan Hərbi Hava Qüvvələri Rusiyanın beşinci nəsil Su-57 qırıcı təyyarələrini almağı nəzərdən keçirir. Həmçinin, onların ölkədə istehsalı perspektivini də planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə “The Print” nəşri məlumat yayıb.

Məlumata görə, Hindistan Rusiyadan ən azı iki eskadrilya Su-57 qırıcısı almaq imkanlarını araşdırır. Təklif qəbul olunarsa, Hindistanın dövlətə məxsus Hindustan Aeronautics Limited (HAL) şirkəti Rusiyanın “Sukhoi” şirkəti ilə birləşəcək və Hindistandakı Naşik zavodunda təyyarə istehsal edəcək.

Qəzetin mənbəsi aydınlaşdırıb ki, yalnız Rusiyanın və ABŞ-ın yeni qırıcıları Hindistanın tələblərinə cavab verir. Lakin ölkə istehsalın lokallaşdırılmasına diqqət yetirir və bu, Rusiyanın təklifini daha uyğun edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr