AZ

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda görüşüblər  

Sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Seçilən
22
24
azerbaijan-news.az

10Mənbələr