AZ

Çin Azərbaycanda ağıllı layihələrə investisiya yatıra bilər

Çin Azərbaycanda nəqliyyat-logistika, təmiz enerji və ağıllı layihələrə investisiya yatıra bilər.

Bunu Çinin Dənizaşırı İnkişaf Asossiasiyasının prezidenti He Zenvei Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Mənimlə birlikdə Çindən Azərbaycana 20 şirkət gəlib. Onların əksəriyyəti özəl sektorlardır və Azərbaycanda investisiya imkanlarını araşdırırlar. Düşünürəm ki, bu forumun keçirilməsi çox vacibdir və Azərbaycanda daha çox investisiya cəlb etməkdə kömək edəcək. Çində özəl şirkətlər çox fəaldır və Azərbaycan bundan istifadə etməlidir”- He Zenvey qeyd edib.

O, ölkəmizdə Çinin investisiya üçün daha çox əhəmiyyət verdiyi sahələrə də toxunub.

“Çin əvvəllər daha çox neft-qaz sektoruna investisiyalar yatırırdı. İndi isə qeyri-neft sektoruna daha çox önəm verir. Bu da Azərbaycan üçün olduqca vacibdir, çünki Azərbaycan haqlı olaraq öz qeyri-neft sektorunu inkişaf etdirməyə çalışır. Bizim burada əsas prioritetlərimiz nəqliyyat-logistika sahəsi, təmiz enerji (külək, günəş) və ağıllı layihələrdir (ağıllı şəhər, bina və.s) ki, bu sahələrin Azərbaycanda inkişaf potensialı var”- Çinin Dənizaşırı İnkişaf Asossiasiyasının prezidenti He Zenvei bildirib.

Böyük Britaniyanın ixracatın maliyyələşdirilməsi qurumu olan “UK Export Finance”-in rəsmi nümayəndəsi olan Kris Allum da ölkəmizdə nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi barədə danışıb.

“Britaniyada ixrac maliyyələşməsi perspektivi nəqliyyat və logistika- ödənişli yollar, dəmiryolları və s kimi məsələlərdir. Türkiyədə biz bu baxımdan böyük işlər görmüşük və təcrübə əldə etmişik. İkinci önəm verdiyimiz sahə dekarbonizasiya və təmiz enerjidir. Azərbaycanda təmiz enerji layihələrinin həyata keçirilməsinə kömək edə bilərik”- Kris Allum qeyd edib.

Seçilən
12
5
banco.az

6Mənbələr