AZ

ABŞ İran nümayəndə heyətinə Nyu-Yorkda məhdudiyyətlər qoydu

Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində olan İran nümayəndə heyətinə butikləri və topdansatış mağazalarını ziyarət etmək qadağan olunub. Bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott açıqlamasında bildirib ki, bu addım Vaşinqtonun İran rəhbərliyinə qarşı “maksimum təzyiq siyasətinin” tərkib hissəsidir. Onun sözlərinə görə, “İranda ruhani hakimiyyət xaricdə özünə dəbdəbəli xərclərə yol verir, halbuki ölkə əhalisi yoxsulluq, dağıdılmış infrastruktur, su və elektrik çatışmazlığı ilə üzləşir”.

Bundan əlavə, İran nümayəndə heyətinin hərəkət trayektoriyası da məhdudlaşdırılıb. Əvvəllər nümayəndələr BMT binası, İranın missiyası, səfirin iqamətgahı və Con Kennedi adına beynəlxalq hava limanı arasında sərbəst hərəkət edə bilirdilərsə, indi bu marşrutlar ciddi şəkildə daraldılıb.

Piqott vurğulayıb ki, “amerikalıların təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır”. O, həmçinin qeyd edib ki, bu qərar bilavasitə ABŞ dövlət katibi Marko Rubionun göstərişi ilə qəbul olunub.

Musavat.com

Seçilən
10
1
musavat.com

2Mənbələr