"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Napoli" hücumameyilli yarımmüdafiəçi Matteo Politano ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, tərəflər 2027-ci ilin yayına qədər qüvvədə olan hazırki müqavilənin müddətini daha bir mövsümlük uzatmaq qərarına gəliblər.
Politano 2021-ci ildən "Napoli"də oynayır və o vaxtdan bəri iki İtaliya çempionluğu və bir ölkə kubokunu qazanıb.
Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 5 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" italiyalı futbolçunu 10 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, "Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.
Mirağa