AZ

Poliklinikalarda yenidən sistem çökdü

Azərbaycanda poliklinikalarda onlayn sistemdə problem yaranıb.

Bu barədə News24.az-a poliklinikalarda növbə gözləyən vətəndaşlar məlumat veriblər.

Onların sözlərinə görə, sistemin işləməməsi səbəbindən bir sıra poliklinikalarda sıxlıq müşahidə olunur.

Məsul şəxslər hazırda tibb müəssisələrində bu problemlə bağlı işlərin görüldüyünü bildiriblər.

Məsələ ilə əlaqədar TƏBİB-ə sorğu ünvanlamışıq.

Aqil Qarayev


Seçilən
64
1
news24.az

2Mənbələr