AZ

Pezeşkian Azərbaycandan gedən nümayəndə heyəti ilə görüşüb

Pezeşkian

İranda səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb.

Reyting.az
Nazirlər Kabinetinə istinadla bildirir ki, Şahin Mustafayev Ali Şuranın yeni katibini təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.



Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycanla İran arasında həyata keçirilən Araz dəhlizinin, eləcə də digər müştərək layihələrin əhəmiyyəti vurğulanıb.

***

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Reyting.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, baş nazirin müavini İran prezidentinə Azərbaycan lideri İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

İran prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan prezidentinə çatdırılmasını xahiş edib.
Seçilən
41
32
reyting.az

10Mənbələr