AZ

Evləndikdən 40 il sonra toy elədilər

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin Mersin şəhərində maraqlı hadisə baş verib. 

"Unikal" xəbər verir ki,  Orhan və Halide Takmet cütlüyü nə az, nə də çox, düz 40 ildən sonra toylarını ediblər. 

Məlum olub ki, cütlüyün ailələri vaxtilə bu izdivaca razı olmayıb. Bu səbədən Orhan Halideni qaçırıb. Maddi vəziyyətlərinin yaxşı olması səbəbindən gənclərin toyu olmayıb. Hadisədən 40 il sonra - dörd övladı və doqquz nəvəsi olan Takmet cütlüyü nəhayət ki, arzularını reallaşdırıblar. 

65 yaşlı Orhan Takmet və 57 yaşlı Halide Takmet gəlinlik və kostyum geyinərək toylarını keçiriblər. Hətta qadın özü üçün xüsusi xına mərasimi də keçirib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
3
unikal.az

5Mənbələr