Qubanın Xanagah və Səbətlər kəndləri ayıların hücumuna məruz qalıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında ayılar təsərrüfatlara hücum ediblər. Ayılar Səbətlər kəndində 2 baş iribuynuzlu mal-qaranı parçalayıblar.
Xanagah kəndində də bir baş iribunuzlu heyvanı parçalayıb, bir neçəsinə xəsarət yetiriblər.