AZ

İndoneziya 2028 ci ilə qədər paytaxtını Nusantaraya köçürməyi planlaşdırır.

Operativ MM portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İndoneziya hökuməti paytaxtın Cakartadan Nusantaraya köçürülməsini 2028-ci ilə qədər tam başa çatdırmağı hədəfləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bu barədə prezident aparatının rəhbəri Məhəmməd Kodari məlumat verib.

Onun sözlərinə görə, yeni paytaxtda yalnız prezident sarayının deyil, qanunverici və məhkəmə institutlarının da olması vacibdir:

“Hakimiyyətin hər üç qolu Nusantarada təmsil olunmalıdır ki, hökumət səmərəli fəaliyyət göstərə bilsin”.

Kodari bildirib ki, Prezident Prabovo Subiantonun göstərişi ilə bütün zəruri dövlət binalarının inşası 2028-ci ilə qədər yekunlaşdırılacaq.

Bu addım Nusantaranın tamhüquqlu dövlət idarəçiliyi mərkəzinə çevrilməsinə imkan verəcək.

Xatırladaq ki, sabiq prezident Coko Vidodo 2019-cu ildə paytaxtın köçürülməsi ideyasını irəli sürmüşdü. Layihənin ilkin mərhələdə 2024-cü ilə qədər Kalimantan adasında həyata keçirilməsi nəzərdə tutulurdu və təxminən 32 milyard dollar büdcə ayrılmışdı. Lakin COVID-19 pandemiyası səbəbindən işlər ləngimişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
operativmm.az

2Mənbələr