AZ

Bu gün 2500-dək abonent qazsız qalacaq - XƏBƏRDARLIQ


Bu gün İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Belə ki, fasilə diametri 315 mm-lik PE "Qaralar kənd" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq. Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür kəndləri və Araz küçəsi, eyni zamanda Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində ( 2 min 516 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır. Mətləb
Seçilən
17
28
baki-xeber.com

10Mənbələr