AZ

Azərbaycan Universitetinin əməkdaşının yeni dərs vəsaiti çap olunub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Rauf Səmədovun “Arqumentasiya nəzəriyyəsi” adlı yeni dərs vəsaiti çapdan çıxıb.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, ölkədə arqumentasiya nəzəriyyəsinə həsr olunmuş ilk dərs vəsaiti olan kitabın yazılmaqda məqsədi tələbə və tədqiqatçılarda analitik düşüncə mədəniyyəti və əsaslandırma bacarığı formalaşdırmaqdır. Nəşrdə insanın mövqeyinin əsaslandırılması və təkzib olunması üsulları, bu üsulların auditoriya və problemdən asılılığı, eləcə də düşüncə və fəaliyyətin müxtəlif sahələrində əsaslandırmanın məxsusiliyi və digər bu kimi məsələlər izah olunur.

Qeyd edək ki, Azərbaycan Universitetinin Elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş dərs vəsaiti fəlsəfə ixtisası üzrə təhsil alan tələbələr, digər humanitar və ictimai elmlər sahəsində ixtisaslaşan bakalavriat və magistratura səviyyəsində təhsil alan, eləcə də elmi yaradıcılıqla məşğul olan tələbələr üçün nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
5
azertag.az

6Mənbələr