Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “HAMAS-ı terror təşkilatı yox, müqavimət hərəkatı” kimi görür.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə lideri bu barədə “Fox News”a müsahibəsində bildirib.
Ərdoğan girovların azad olunmasını yalnız HAMAS-ın üzərinə atmağın yanlış olduğunu vurğulayıb və İsrailin Qəzzaya hücumlarını tənqid edib.
“Ola bilərmi deyək ki, HAMAS silah baxımından İsraildən güclüdür? Xeyr, bu mümkün deyil”, - Ərdoğan vurğulayıb.
Dəryanur Cəfərova