AZ

“ABŞ Çindən daha çox qazanmaq düşüncəsilə davranmağa çalışır”

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Tramp Çin ilə ticarət sazişi bağlamağa çalışdığı üçün Tayvana təxminən 400 milyon dollar məbləğində hərbi yardımın göndərilməsini təsdiqləməyib. Trampın bu davranışı Çinlə ticarət sazişi bağlamaq məsələsindən daha çox hansısa hərbi və digər yardımlarla ABŞ-ni yardımlar məsələsindən azad etmək fəaliyyətidir. Yəni ABŞ artıq Ukraynaya da yardım göstərilməsi məsələlərindən imtina edir. Deyir ki, silahları mən verim, pulunu Avropa ödəsin. Böyük ehtimal Tayvana da yanaşma bu şəkildədir. Yəqin ki, ABŞ-nin Çinlə ticarət sazişini də ABŞ-nin üstünlüyü ilə bağlamaq istəyir”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

M.Göyüşlünün sözlərinə görə, burada ABŞ Çindən daha çox qazanmaq düşüncəsilə davranmağa çalışır: “Bu da gözləniləcək və baş verə biləcək məsələ deyil. Çin bu proseslərin ABŞ-nin üstünlüyü ilə olmasını qəbul etmir. Məsələlər bundan ibarətdir və Tayvana hərbi təchizat göndərməsindən imtina qərarı da artıq ABŞ-nin təmannasız yardımlardan imtina etmək davranışıdır. Yəni kimə ki nə qədər yardım olunacaqdı o yardım olunmasın, onlar pulunu ödəsin, qarşılığını versinlər və daha çox ABŞ üçün addımlar ataq, ABŞ-ni iqtisadi cəhətdən gücləndirək. Trampın siyasəti əsasən və ümumən bundan ibarətdir. Yəni ABŞ-nin öz içərisinə qapanaraq ABŞ-ni gücləndirmək. Düşünürəm ki, ABŞ Prezidentinin davranışı bununla bağlıdır”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
icma.az

1Mənbələr