AZ

Qacar Rus Savaşları Gülüstan və Türkmənçay müqavilələri

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Elşən Mirişli

Gəncə şəhəri, tarixçi

V Yazı

Qacar dövləti Fransa arasında saziş Qacarların öhdəliklərinin xülasəsi

1.Qacarlar İngiltərə dövlətinə dərhal müharibə elan etmməlidir.

2.Qacar dövləti ölkəsindən ingilisləri çıxarmalıdır

3.İngilis xadimləri və agentləri üçün Qacarlar sərhədlərini bağlamalıdır.

4.Hindistandakı ingilis dominionuna hücum çəkmək üçün əfqanlılarla, Herat və Qəndəhar tayfaları ilə dostluq müqaviləsi bağlanmalıdır.

5.Napoleon Hindistana qoşun çəkmək istədiyi təqdirdə bir fransız diviziyasının Qacar dövlətindən keçməsi üçün yol verilməlidir.

Bu sazişdəki maddələrin məzmunundan məlum olur ki,Rusiya imperiyasının böyük qüvvələrinə qarşı müharibə edən Qacar dövlətinin Fransa və Napoleonla saziş müqaviləsindən məqsədi ancaq Qacar qoşununa,istər maddi,istərsə də mənəvi yardım almaq; Qacar qoşunlarını yenidən təşkil edib,hərbi biliklərini yüksəltmək idi.Lakin özünü Rusiyanın düşməni,Qacar dövlətinin isə səmimi dostu və müttəfiqi kimi göstərən Napoleonun məqsədi təkcə Qacar qüvvələrini təşkil edib,işğalçı rus qoşununu əzmək deyildir,bəlkə Avropaya qələbə çalan Napoleonun əsas məqsədi İngiltərənin qüdrətli hakimiyyətini aradan qaldırmaq, uğurlar əldə etdiyi təqdirdə həyat mənbəyi sayılan Hindistanı işğal edib İngiltərə imperiyasını məhv etmək idi.Ümumiyyətlə Napoleonun ən böyük düşməni və qorxulu rəqibi İngiltərə dövləti idi.İngiltərə Fransa imperatorunun hərbi naliyyətlərindən və parlaq qələbələrindən qorxuya düşüb müxtəlif yollarla,hiylə ilə onun hərbi uğurlarının qabağını almaq və onu məhv etmək istəyirdi.

Napoleon isə Fətəli şah Qacarın Fransa ilə saziş haqqında irəli sürdüyü təklifi sevinc və rəğbətlə qarşılamışdır.O,zəngin Hindistan ölkəsinin qonşusu və o ölkəyə gedən yollara nəzarət edən Qacar dövlətinin əhəmiyyətli mövqeyindən istifadə edib öz məqsədinə nail olmaq,yəni, İngiltərənin həyat mənbəyini kəsib,qorxulu rəqibini özünə tabe etmək fikrinə düşmüşdü.Buna görə də həmin tarixi sazişdə Qacar dövlətinin qəbul etdiyi öhdəliklər ancaq İngiltərəyə düşmən münasibət bəsləmək,Qacar torpaqlarından ingilisləri çıxarmaq və Fransa imperatorunun qoşunlarına yol verməkdən ibarət olmuşdur.Napoleon İngiltərəyə qarşı düşmən münasibət bəsləmək məsələsinə hər şeydən artıq diqqət yetirmiş,Qacar dövlətinin siyasi həyatını məhv etmək məqsədi ilə bu ölkəyə dəhşətli dırnaqlarını yerləşdirən Rusiya imperiyası əleyhinə müharibəyə o qədər əhəmiyyət verməmişdir.

Napoleonun hərbi heyətinin Qacar dövlətinə gəlməsi

Hərbi yardım haqqında məşhur “Finkenşteyn” sazişindəki maddəni həyata keçirmək məqsədi ilə Napoleon zahirdə Qacar qoşununu təşkil və hərbi texniki cəhətdən təmin etmək,batində isə Hindistana hücum hazırlamaq üçün general Qardanın başçılığı altında Qacar dövlətinə bir heyət göndərmişdi. Qacar səltənətində yollar,onun ərzaq ehtiyatı,nəqlyyatı haqqında və Abbas Mirzənin başçılıq etdiyi qüvvələri Rusiya imperiyasına qarşı gücləndirmək haqqında Fransa imperatoru məhəbbət bəslədiyi və inandığı sərkərdəsi general Qardana mühüm göstərişlər,tapşırıqlar vermişdi.

Napoleon Qardanı və nümayəndə heyətini göndərməzdən əvvəl bu barədə Şarl Moris de Teleyran-Periqorda məktub yazıb belə qeyd etmişdir: “Qacar dövlətinin nəzərini yardım haqqında sazişə cəlb etməyin mənim üçün nə qədər sərfəli olduğunu şübhəsiz dəkr edirsiz. Oktyabrda Qacar səltənətinə bir neçə böyük və kiçik zabitlə birlikdə min beş yüz əsgər göndərmək nəticəsində mən Rusiya imperiyasının nəzəri-diqqətini Avropadan yayındıra biləcəyəm. Mən Qacar dövlətində qüvvələri təkmilləşdirmək üçün Qacar səltənətinə iki min adamdan ibarət bir heyət və bir çox zabit göndərmək fikrindəyəm.Qardanın bu qoşuna başçılıq etməyə qabiliyyəti vardır. Aydındır ki, qoşunun Qacar dövlətinə göndərilməsindən üç ay sonra İngiltərə və Rusiya dövlətləri həddən artıq qorxu və iztiraba düşəcəklər”.

Hapoleon hərbi göstərişlərlə bərabər başqa əhəmiyyətli tapşırıqlar da vermişdir.Həmin tapşırıqlar içərisində xüsusilə aşağıdakı məsələlər haqqında ciddi göstəriş vardır.

Napoleon general Qardana belə yazır: “Qacar dövləti Rusiyanı öz qəddar düşməni hesab edir,çünki ruslar bu dövlətin tərkibindəki Gürcüstanı işğal etmiş,ən gözəl əyalətini təhlükə altına almışdır.Onlar Qacar sülaləsini,şahlığını rəsmiyyətlə tanımamış,bu sülalə şahlığa yetişən zamandan bəri ona qarşı müharibə aparmışdır.

Cənab general Qardan! Siz rusların bu düşmən münasibətini Qacarlara xatırlatmalı,iki dövlət arasındakı düşmən münasibəti gücləndirməli və bu məsələ haqqında ciddi fəaliyyət göstərməli,coşğun çıxışlarla Qacar sülaləsini ayağa qaldırmalısız.

Cənab general Qardan! Qacar dövləti əsgərlərinə hərbi əməliyyat üçün faydalı olan bütün təlmatı öyrədin.Xüsusilə bu sahədə qoşunun igid və sarsılmaz sərkərdəsi şahzadə Abbas Mirzəyə səmimiyyət və dostluq münasibəti bəsləyin.

Qacar səltənəti Rusiya sərhədlərinə şiddətli hücuma başlamalıdır. Ruslar qoşunlarının bir hissəsini Avropaya göndərdiyinə görə Qafqaz ordusunun güczüz olmasından istifadə edin.

General Qardan bu tapşırıqları aldıqdan sonra öz adamları və hərbi mütəxəssisləri ilə birlikdə yola düşüb İstanbul yolu ilə Qacar dövlətinə gəlmişdir.General Qardan həmin tapşırığı,vəzifəsini yerinə yetirmək üçün bir neçə tərcüməçi,mühəndis,topoqraf və zabitdən ibarət bir heyət təşkil etmişdir.Bu heyətin içərisində hərbi istehkam,top,tibbi və texniki hissələrin zabitləri,habelə toptökmə mütəxəssisləri də daxil edimişdir. Həmin heyət üzvlərinin seçilməsinə Napoleon böyük diqqət vermiş, xüsusilə Qacar dövlətinin vəziyyəti ilə yaxından tanış olan və keçmişdə Qacar səltənətini görmüş zabitləri serçmişdir.

Heyət üzvlərinin və onların tərcümeyi hallarını Qardan aşağıdakı kimi Qacar sarayına çatdırmışdır: Russo-məşhur diplomat Russonun oğlu, Andreysiya- Şərq dilləri məktəbinin tələbəsi,general Sebastiyan- ikinci tərcüməçi vəzifəsinə təyin edilmiş,bu zaman isə kapitan Bontan ilə birlikdə Abbas Mirzə ordusunda xidmət edirdi.Trezel-leytenant və coğrafiya elminin mühəndisi,general Qardanın şəxsi adyutantı olmuşdur. Treville-Hələbdə xidmət edən istehkam hissələri kapitanı.Lami istehkam hissələri kapitanı.Bontan-Abbas Mirzə ordusunda xidmət edən kapitan. Fabunvye- top hissələri leytenantı.Verdiye-65-ci piyada hissəsi kapitanı.

Aslandüz və İrəvandakı qanlı müharibələr və Hüseynqulu xanın qəhrəmanlığı

1808--ci ilin sentyabrında Qafqazdakı rus qoşunlarına Aleksandr Petroviç Tormasov baş komandan təyin olundu.Bu ildə Rusiya imperatoru tərəfindən Qafqaza hücum etmək üçün təzəcə təyin olunmuş rus qoşunlarının sərkərdəsi Tormasov Abbas Mirzə tərəfindən müharibənin dayandırılması üçün danışıq aparmaq məqsədilə göndərilmiş Qaimməqam Mirzə Büzürklə saziş şəraiti haqda müzakirə aparmışdır.Lakin Tormasov müharibəni dayandırmaq şərtləri sırasında təklif etmişdir ki,işğal etdikləri vilayətlər və şəhərlər rusların əlində qalmalı,bundan başqa Qacar dövləti Osmanlı dövlətinə hücum etmək üçün ruslara yol verməlidir.

Qaimməqam ağır və həyata keçirilməsi mümkün olmayan bu təklifi qəbul edə bilməzdi.Bu təklif-saziş və müharibəni dayandırmaq qaydalarını gözlənilmədən pozurdu,çünki Qacar dövləti Osmanlı dövlətləri arasında istər sülh və istərsə müharibə zamanı dostluq münasibətlərində olacaqları haqda müqavilə var idi.

Nəhayət, Qaimməqam rus sərkərdəsinin təkliflərini rədd edərək,heç bir razılıq əldə etmədən Abbas Mirzənin yanına qayıtmışdır.

Bu vaxt İngiltərə dövlətinin Qacar dövlətində nümayəndəsi və səfiri ser Con Malkom bir neçə nümayəndə ilə birlikdə Sultaniyyə Çəmənində Qacarlarla dostluq münasibəti bərqərar etmək üçün Fətəli şahın yanında qəbul edilmişdir.Bu zaman İngiltərə dövləti Qacar dövləti dostluğun zəruri olduğunu hiss edirdi.Ser Con Malkom gətirdiyi dostluq və ittifaq məktubunu verib,iki təcürbəli,işbilən top hissələri zabiti- Qerentsi və Lintzini Fətəli şaha təqdim etmişdir.Fətəli şah İngiltərə dövləti nümayəndələrini sevinclə qarşılayıb.Abbas Mirzənin topçularını nizama salmaq salmaq üçün bu zabitlərin dərhal Təbrizə göndərilməsini əmr etmişdir.

Qaimməqam Mirzə Büzürk qayıtdıqdan sonra Tiflisə dönmüş rus qoşunlarının sərkərdəsi Tormasov öz generallarından Kotlyarovskiyə Qarabağı saxlamaq və Qacar ordusuna hücum etmək üçün əmr vermişdir.Qaimməqamla görüşmək,onunla müzakirə aparmaqda məqsədi isə ancaq hiylə və aldatmaq yolu ilə yeni göndərilən rus qoşunları ilə cəbhədəki rus ordusunun birləşdirmək üçün vaxt qazanmaq idi.Cəbhə xəttindəki ordu 43 min əlavə əsgər və 100 əlavə top ilə gücləndirilmişdi.

Düşmənin birləşmiş ordusunun hücum edəcəyini təxmin etmiş Abbas Mirzə də Aslandüz mövqelərini möhkəmləndirib rusların hücumunu gözləyirdi.

Abbas Mirzənin əmri və komandanlığı ilə Hüseynqulu xan Sərdar, Məhəmməd bəy Qacar və Sərdar Qasım bəylə birlikdə rusların hücuma hazırlaşdığı Qarakisəyə doğru hərəkət etmişlər.

Şaxtalı qış günü Qacar ordusu ruslara qarşı irəliləməyə başlamışdı.Yollar qışın sərtliyindən buz bağlamışdı. Hüseyqulu Sərdarın başçılığı altında Qarakilsəyə doğru gedən əsgərlər məşəqqət içində irəliləyirdi.

Bütün bu çətinliklərə,vəsaitin olmamasına baxmayaraq,bir gün içərisində Hüseynqulu xan Sərdar Qacar qoşunu ilə birlikdə Pənbəkdə düşərgə salmışdır.O,düşmən qoşunlarından məlumat əldə etmək üçün beş nəfər rus dilini bilən kəşfiyyatçı göndərmişdir.Onlar cədlik və məharətlə pusqulayıb,iki rus əsgərini tutmuş və sərkərdələrinin yanına gətirmişlər.Hüseynqulu xan Sərdar düşmən qoşunlarının sayı,keyfiyyəti, hərbi vəsaiti və hərbi planları haqda rus əsgərlərindən məlumat əldə etmişdir.

Hüseynqulu xan Sərdar səhər tezdən əsgərlərinə hərəkət əmri vermiş,qəfildən düşmənin mövqe və səngərlərinə hücum etmişdir.

Qüvvələrinin azlığından və qoşunlarının pərakəndəliyindən iztiraba,ümidsizliyə düşmüş Abbas Mirzə sürətlə özünün,ən qoçaq və ən seçilmiş Şahsevən və Əfşar atlılarından təşkil olunmuş şəxsi qvardiyasını cəbhə xəttinə yeritmiş və əmr etmişdir ki,hücum edən cəsarətli,qorxmaz kazaklara müqavimət göstərsinlər.

İndiyə qədər cəbhənin orta atəş xəttində rus əsgərlərinə qarşı müqavimət göstərən Qacar atlıları birdən-birə kazaklara həmlə etməyə başlamışdılar.Qacarların igid və sınanmış atlıları ilə kazaklar arasında dəhşətli və qanlı savaş olmuşdur.

Bir saat davam edən savaşdan sonra Abbas Mirzənin süvari qvardiyası sürətlə irəliləmişdir.Abbas Mirzə atını qvardiyasının qabağında çaparaq kazakları qovmağı əmr etmişdir.Abbas Mirzə cəbhə arxasındakı topçularına arxalanaraq,bu pis vaxtda Azərbaycan türklərindən təşkil olunmuş topçulara təlim verməklə məşğul olan ingilis top hissəsi zabitlərinin düşmən səngərlərini şiddətli top atəşinə tutacaqlarına əmin idi.Buna görə də o, inad və arxayınçılıqla qorxmaz qorxmaz süvariləri ilə birlikdə rus topçularının möhkəmləndirilmiş səngərlərinə soxulmuşdur.Lakin bu günlərdə İngiltərə dövləti ilə Rusiya arasındakı sazişdən xəbər tutmuş ingilis top hissələri zabiti Qerents və Lintzi Qacar qoşunlarına təlim verməkdən boyun qaçırmış və müharibədən əl çəkərək,ordunu tərk etmişdilər.

Qacar ordusunun baş komandanı Abbas Mirzə bu qorxulu anda toplarının susmasından xəbər tutduqda iztiraba düşüb,tələsik geri çəkilmiş,özünü Qacar qoşununun top hissələri mövqeyinə çatdırmışdır. O, fransız top hissələri zabiti və mütəxəsislərindən topçuluq sənətini öyrəndiyinə görə atdan düşən kimi öz topçularına təlm verməyə başlanmış,əsgərlərini atəşi davam etdirmək üçün ruhlandırmış,özü də topun dalına keçib atəş açmışdır.

Döyüş arasıkəsilmədən dəhşətli surətdə davam etmiş, cəbhə barıt tüstüsündən zülmət gecəyə dönmüşdü.

Qacar səltənətinin igid sərkərdələrindən Cəfərqulu xan Müqəddam Abbas Mirzənin əmri üzrə görünməyən qoçaqlıqlar göstərib rus qoşunlarına arxadan sarsıdıcı hücumlar etmiş, Abbas Mirzənin sevincinə səbəb olmuşdur. Uğursuz döyüş bir qədər davam etdikdə Abbas Mirzə sayca ruslardan dəfələrlə az olan kiçik qoşununa uğursuz hadisələr üz verməsin deyə əsgərlərinə geri çəkilmək əmri vermiş və bacarıqla hərbi manevrlə onları Qoçkəndi ( bu gün Persabad ) şəhəri yaxınlığındakı Aslandüzə aparmışdı.Aparılan danışıqlardan sonra Qacar topçularına komandanlıq edən Qerents və Lintzi geri dönmüşdü.

Aslandüz Savaşı ( Qoçkəndi Savaşı) 31 Oktyabr 1812-1 Noyabr 1812

Sabah vaxtı həmin ərazinin ətafında rusların həmləsi nəticəsində döyüş başlanmış gecə yarıya qədər davam etmişdir.Bu zaman Qacar qoşununa əsir düşmüş rus əsgərləri hiylə ilə qaçıb özlərini rus qoşunlarına çatdırmışlar. Onlar Pyotr Kotlyarevskiyə demişdilər ki, Qacar qoşunlarına gecə zərbəsi vurmaq üçün ən münasib fürsətdir.İndi hiyə edərsək,Qacar qoşunlarından bir çox əsir ala bilərik!

Gecəyarısı bu məqsədlə əsirlikdən qaçmış əsirlər rus qoşunlarının qabağına düşərək Abbas Mirzənin qərargahına doğru yollanmışlar. Onlar əsirlikdə tanış olduqları Naxçıvan və İrəvan elindən olan əsgərləri adları ilə çağırıb qoşun sıralarından ayırmışlar.

Bundan sonra rus qoşunları hücum etmişlər. Naxçıvan və Şəqaqi qoşun dəstələrinə başçılıq edən Mister Qerents rusların ardıcıl hücumuna rast gəlmişdir.O,bir dəstə Qacar əsgəri ilə birlikdə səngərlərini inadla müdafiə etdikdən sonra yaralanmış rus qoşunlarının əlinə düşmüşdür.Rus sərkərdəsi Pyotr Kotlyarevski isə ingilis kapitanının və bir neçə Qacar sərkərdəsinin güllələnməsini əmr vermişdir.

Rus qoşunları qarşısında artıq müqavimət göstərə bilməyən Naxçıvanlı və Şəqaqi əsgərləri Aslandüzdə geri çəkilməyə başlamışdılar.Müdafiə zamanı döyüşün uğursuz hadisələrini və gedişini izləyən Abbas Mirzə onları geri çəkilməkdən dəf etmək və ruhlandırmaq üçün sol cinahdan özünü sürətlə Naxçıvanlı və Şəqaqi əsgərlərinə yetirmişdir.Bu anda atın ayağı çuxura düşmüş və Abbas Mirzə yıxılmışdır.

Naibüssəltənə Abbas Mirzənin arxasınca gedən atlı hissələri sərkərdələrinə güllə dəydiyini zənn edib qorxuya düşmüş,onun başından dağılmışlar.Lakin Abbas Mirzə heyrətləndirici bir cəldliklə ayağa durub çuxurdan çıxmışdır.

Abbas Mirzə atının cilovundan yapışıb aparan bir əsgərə rast gələrək onun atını almışdır.O, dərhal atı minib, sürətlə, uduzmuş və az qala başıpozuq bir hala düşmüş qoşununun yanına gəlmişdir.O, təzədən əsgərləri ruhlandıraraq müdafiə və müqavimət göstərməyə çağırmıdır. Öz başçılarını ölmüş təsəvvür edən Qacar əsgərləri Abbas Mirzəni gördükdə cəsarətlənib, qorxuya üstün gəlmiş,yenə də inadla döyüşü davam etdirmişlər.Lakin düşmən qüvvələrinin sayca üstünlüyü nəticəsində, nəhayət Qacar qoşunları artıq müqavimət göstərə bilməyib Abbas Mirzənin əmri ilə geri çəkilmişlər.

Ardı var

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
icma.az

2Mənbələr