AZ

İçməli suyun keyfiyyətinə nəzarət tədbirləri - Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

Bakı. Trend:

İçməli suyun keyfiyyətli və təhlükəsiz olması insanlarınsağlamlığı üçün çox vacibdir. Dövlət sanitariya nəzarəti xidməti busahəyə xüsusi diqqət yetirir və mütəmadi olaraq ölkənin şəhər vəkəndlərindəki su anbarları, su təmizləyici qurğular və suşəbəkələri yoxlanılır.

Trendxəbər verir ki, bunları Səhiyyə Nazirliyinin Respublika Gigiyena vəEpidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrəmüavini Samirə Nəcəfova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”verilişində açıqlayıb.

Onun sözlərinə görə, yoxlamalar zamanı suyun kimyəvi,bakterioloji və digər göstəriciləri laboratoriyada müayinəsiaparılır:

“Əgər müayinə nəticələri göstərirsə ki, su standartlara cavabvermir və təhlükəsizlik göstəriciləri qeyd olunarsa, o zamantərəfimizdən bu barədə aidiyyəti cavabdeh qurumlar rəsmi şəkildəməlumatlandırılaraq, təkliflər verilir. Eyni zamanda, ehtiyat suanbarları ildə ən azı bir dəfə təmizlənməli və dezinfeksiyaolunmalıdır. Ancaq bəzi Mənzil Tikinti Kooperativləri bu tələblərəriayət etmədiyinə görə, orada toplanan suyun keyfiyyəti ilə bağlıvətəndaşların narazılıqları barədə müraciətlər daxil olur.Bildirmək istəyirik ki, Mənzil Tikinti Kooperativləri sahibkarlıqsubyektləri olduqlarından həmin ünvanlarda müayinələrin aparılmasımüvafiq Qanununun tələblərinə uyğun həyata keçirilə bilər”.

S.Nəcəfova bildirib ki, həmçinin, çox zaman köhnə binalarınzirzəmilərində toplanan su ilə bağlı şikayətlər daxil olur:

“Bu hallarda laborator müayinələr aparılaraq, həmin suyunmənşəyi müəyyənləşdirilir və problemi aradan qaldırılması üçünaidiyyəti üzrə cavabdeh qurumlara təkliflər verir”.

Seçilən
16
3
az.trend.az

4Mənbələr