AZ

Azərbaycanda təhlükəli infeksiya ortaya çıxdı – Əhali risk altında

Qida zəhərlənmələri arasında ən təhlükəlilərdən biri hesab olunan botulizm son aylarda Azərbaycanda yenidən aktuallaşıb. Sadə görünən bir konserv məhsulunun insan həyatı üçün ölümcül risk yaratması bir çoxlarına inanılmaz təsir bağışlasa da, mütəxəssislər bunun reallıq olduğunu vurğulayırlar. Həkimlərin sözlərinə görə, botulizm çox zaman sürətlə inkişaf edir və vaxtında tibbi müdaxilə edilmədikdə ağır nəticələrə, hətta ölümə gətirib çıxara bilər. Rəsmi məlumatlara əsasən, təkcə bu ilin yanvar–avqust ayları ərzində 23 nəfər botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məsələ indi cəmiyyət üçün mühüm sualı gündəmə gətirir: insan həyatı üçün bu qədər təhlükəli olan botulizmdən qorunmağın ən etibarlı yolları hansılardır?

Professor Adil Qeybulla bu barədə “Yeni Sabah”a açıqlama verib: pizza sifarişi

“Botulizm toksik infeksiyadır və ən çox köhnəlmiş, bayat qidalarda rast gəlinir. Xüsusilə də düzgün saxlanılmamış və ya keyfiyyətini itirmiş ərzaqlar bu təhlükəni artırır. Botulotoksin isə son dərəcə təhlükəlidir – çox kiçik dozası belə ölümcül ola bilər.

Xarab olmuş qidaların, xüsusən də müxtəlif şəraitlərdə hazırlanmış kolbasaların, balıq məhsullarının və digər bayat qidaların qəbulunda botulizm toksini ciddi fəsadlara, hətta ölümlə nəticələnən hallara səbəb ola bilər. Əslində isə qidaların saxlanma qaydalarına düzgün riayət olunması bu təhlükəni minimuma endirir. İctimai iaşə müəssisələrinin əsas funksiyalarından biri də məhz ərzaqların saxlanma prosesinə ciddi nəzarət etməkdir. Ev şəraitində də bu qaydalara əməl edilməlidir”.

Həkim bildirib ki, əgər qidanın rəngi, dadı və forması dəyişibsə, ondan istifadə etmək olmaz:

“Şişmiş qablaşdırmalar, zədələnmiş konservlər və xarab olmuş məhsullar insan sağlamlığı üçün ciddi risk daşıyır. Belə halların baş verməsi isə əsasən sanitar-gigiyena normalarına əməl edilməməsi nəticəsində ortaya çıxır”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
10
3
yenisabah.az

4Mənbələr