AZ

Qurban Qurbanov: Bəzən futbolçularımın çox çalışmaqdan xoşları gəlmir

Bəzən futbolçularımın çox çalışmaqdan xoşları gəlmir.

Operativ Media xəbər verir ki, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı (AIIF 2025) çıxışında deyib.

Təcrübəli mütəxəssis futbolçularından çox çalışmağı istədiyini bildirib.

"Məncə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır. Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayıram. Bəzən onların bundan xoşu gəlmir. Öz futbolçu olduğum illər yadıma düşür və çalışıram onları anlayaraq çox çalışmağı onlara aşılayım".

O, 2009-cu ildə Avroliqada qalib olduqları günü xüsusi ilə vurğulayıb.

"2009-cu ildə Avqoliqada qalib olduğumuz gün Ağdamın işğalı gününə təsadüf etmişdi. Həmin gün qalib olmağımız bizi çox sevindirdi. O çempionluq bizim üçün çox keyfiyyətli idi".

Seçilən
24
9
operativmedia.az

10Mənbələr