AZ

Aqarunovun Şuşa döyüşündə məğlub etdiyi erməni komandir öldü

Birinci Qarabağ müharibəsində Azərbaycanın Şuşa şəhərinə ilk girən Ermənistanın işğalçı qüvvələrinin tankının komandiri Qaqik Avşaryan ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan məlumat verib.

Həmin tank işğalçılar tərəfidən “qələbə rəzmi” Şuşanın girişindəki təpəliyə “abidə” kimi qoyulmuşdu.

“Abidə” Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra götürülüb.

Qeyd edək ki, tank Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən vurulmuşdu.

1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Albert Aqarunov müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub etmişdi.
Seçilən
30
1
sherg.az

2Mənbələr