AZ

Bakının 34 il əvvəl yazdığı cümlə Ermənistanı qorxuya saldı Gerçək nədir?

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Konstitusiyası ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin edən və qoruyan ən ali hüquqi aktdır. İkinci Qarabağ müharibəsindən, xüsusilə antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunsa da, Ermənistanla münasibətlərdə yaranan yeni reallıqlar fonunda ana qanunda müvafiq dəyişikliklərin edilməsi gündəmə gəlib. 

Azərbaycan Konstitusiyasında Ermənistanla bağlı hansısa müddəalar mövcuddurmu? Bu istiqamətdə nəyi və niyə dəyişmək lazımdır?

Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var:

“Buna görə də rəsmi Bakının Ermənistanda konstitusiya dəyişikliyini tələb etməsi təbiidir. Lakin Ermənistanda bəzi rəsmi şəxslər iddia edirlər ki, guya eyni hal Azərbaycan Konstitusiyasında da əksini tapıb. Bu, absurddur.

Ermənistan liderləri 30 il ərzində işğal faktını qəbul etmirdilər. Halbuki buna dair BMT Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi qətnamə vardı. Yenə də biz Ermənistanın işğalçılıq siyasətini onlara qəbul etdirə bilmirdik. Bu gün Azərbaycanda Ermənistan Konstitusiyası ilə bağlı narahatlıq doğuran məqamlar və iradlar var. İndi də bunu qəbul etmirlər”.

Xəyal Bəşirov

Ekspert qeyd edib ki, Azərbaycan Konstitusiyasında Ermənistanın ərazi bütövlüyünü təhlükəyə atacaq maddələr yoxdur:

“Onlar iddia edirlər ki, Konstitusiyamızın preambulasında ölkəmizin müstəqillik haqqında bəyanına istinad olunur. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında (1991) deyilir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Erməni tərəfi düşünür ki, 20-ci əsrdə Azərbaycan əraziləri indikindən böyük olub: Mehri, İrəvan, Zəngəzur Azərbaycana daxil idi. Sonralar İrəvan, SSRİ qurulduqdan sonra isə bir çox ərazilərimiz, həmçinin Zəngəzur Ermənistana verildi. İndi ermənilər hesab edirlər ki, həmin varislik məsələsinə görə Azərbaycan Ermənistana ərazi iddiası ilə çıxış edəcək. Halbuki bu iddia da absurddur.

Rəsmi İrəvan nəzərə almalıdır ki, Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə hörmətlə yanaşır. Bununla bağlı ən müxtəlif tribunalardan, ali səviyyədə mövqe bildirib. Hətta hərbi toqquşmaların ən qaynar vaxtında belə Azərbaycan Ermənistan ərazisinə müdaxilə etməyib. Ona görə də heç bir işğaldan, ərazi iddiasından söhbət gedə bilməz”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
globalinfo.az

2Mənbələr