ABŞ prezidenti Donald Tramp Özbəkistanı “Boeing” şirkəti ilə təqribən 8 milyard dollarlıq müqavilə bağladığına görə təbrik edib. Musavat.com xəbər verir ki, o, təbriki özünə məxsus Truth Social hesabında paylaşıb: "Bu gün mən Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevi Boeing ilə möhtəşəm müqavilə imzalaması münasibətilə təbrik etmək istəyirəm! Özbəkistan Hava Yolları 8 milyard dollardan çox qiymətə 22 Boeing Dreamliner 787 təyyarəsi alır".
Tramp Özbəkistan prezidentin tərifləyib: "Bu, ABŞ-da 35 mindən çox iş yeri yaradacaq. Prezident Mirziyoyev sözünün adamıdır və biz bir çox başqa məsələlərdə birgə işləməyə davam edəcəyik".
Musavat.com