AZ

Deputatımız Almatıda beynəlxalq foruma qatılacaq

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova BeWoman Asiya beynəlxalq forumunda iştirak etmək üçün sentyabrın 24-də Qazaxıstan Respublikasının Almatı şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirdə qadınların dövlətlərarası dialoqda iştirakı, ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın hüquqlarının qorunması, dayanıqlı inkişaf, sosial siyasətlə bağlı məsələlər müzakirə olunacaq. 
Milli Məclisin komitə sədri Hicran Hüseynova "Həmrəyliyin gücü" mövzusuna həsr olunmuş plenar iclasda, "Qadın liderlərin beynəlxalq ittifaqları" adlı dəyirmi masada məruzə ilə çıxış edəcək.
Səfər sentyabrın 27-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
3
olaylar.az

6Mənbələr