AZ

Yük maşını ilə narkotik daşıyırdılar, belə tutuldular ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakının Qaradağ və Cəlilabad rayonlarında əməliyyat keçiriblər.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlkin Səyidli və Cavidan Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 30 kiloqram 590 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. 

İ.Səyidli və C.Həsənzadənin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik vasitələri təyin edilən ünvanlardan götürdükləri və satış məqsədi ilə razılaşdırılan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub. Həmçinin C.Həsənzadə diqqətdən yayınmaq və yük avtomobili sürücüsü görüntüsü yaratmaq məqsədi ilə məhz idarə etdiyi iritonnajlı nəqliyyat vasitəsində narkotiklərin daşınmasını təşkil edib.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
37
lent.az

10Mənbələr