AZ

Milli Məclisin komitə sədri beynəlxalq forumda iştirak edəcək

BAKI, 23 sentyabr. TELEQRAF

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova BeWoman Asiya beynəlxalq forumunda iştirak etmək üçün sentyabrın 24-də Qazaxıstan Respublikasının Almatı şəhərinə səfər edəcək.

Teleqraf xəbər verir ki, tədbirdə qadınların dövlətlərarası dialoqda iştirakı, ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın hüquqlarının qorunması, dayanıqlı inkişaf, sosial siyasətlə bağlı məsələlər müzakirə olunacaq.

Milli Məclisin komitə sədri Hicran Hüseynova “Həmrəyliyin gücü” mövzusuna həsr olunmuş plenar iclasda, “Qadın liderlərin beynəlxalq ittifaqları” adlı dəyirmi masada məruzə ilə çıxış edəcək.

Səfər sentyabrın 27-də başa çatacaq.

Seçilən
13
4
teleqraf.com

6Mənbələr