AZ

Ankara Böyükşəhər Bələdiyyəsinə ƏMƏLİYYAT

Ankara Böyükşəhər Bələdiyyəsinin 2021–2024-cü illərdə keçirdiyi konsertlərə dair xərclərdə 154 milyon TL-lik “kamu zərəri” iddiası ilə başlanan istintaq çərçivəsində bu gün əməliyyat keçirilib, 13 nəfər saxlanılıb.

News365.az xəbər verir ki, Ankara Baş Prokurorluğu bildirib ki, Daxili İşlər Nazirliyi Mülkiyyə Müfəttişliyi, MASAK, Sayıştay və ekspert rəylərinə əsasən, 32 konsert xidməti üzrə bələdiyyənin 154.453.221,60 TL məbləğində ziyana uğradılması müəyyən edilib.

Saxlanılanlar arasında bələdiyyənin keçmiş mədəniyyət və sosial işlər rəhbərləri, şöbə müdirləri və konsert təşkil edən bir neçə şirkətin sahibləri və ortaqları var. Onlara “vəzifədən sui-istifadə” və “tenderə müdaxilə” maddələri ilə cinayət işi açılıb.

Ankara İl Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi saxlanılan şəxslərin Baş Prokurorluğa təhvil verilməsi istiqamətində əməliyyatları davam etdirir.

Seçilən
34
9
news365.az

10Mənbələr