AZ

Mişustin "Ən Nüfuzlu Yəhudilər" siyahısında 18-ci oldu

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın baş naziri Mixail Mişustin “The Jerusalem Post”un “2025-ci ilin ən nüfuzlu 50 yəhudisi” siyahısında 18-ci yeri tutub. Mətndə Mişustinin Polotskdan olan atasının yəhudi olduğu bildirilir. O, həm də Putinin ən etibarlı məmurlarından biri, “problemləri həll edən” və “tanınmış icraçı” kimi təsvir olunur.

Hafta.az-ın yazdığına görə, Mişustinin siyahıya salınması həm Rusiyanın daxili siyasəti, həm də beynəlxalq qavrayış baxımından əhəmiyyətli hesab olunur.

Diqqətçəkən detal yəhudi ailəsindən olan Ukrayna prezidenti Vladimir Zelenskinin iştirak etməməsidir. Qəzet Zelenskinin siyahıya salınmamasına heç bir əsas gətirməyib.

“The Jerusalem Post”un 2025-ci ilin ən nüfuzlu 50 yəhudisi siyahısında Rusiyanın baş naziri Mişustinin mövqeyi ilə birlikdə ən yaxşı adlar aşağıdakılardır:

Benyamin Netanyahu – İsrailin baş naziri, Stiv Uytkoff – Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, David Barnea – Mossad-ın direktoru, Eyal Zamir - İsrail Baş Qərargah rəisi, Adam Beyler və Stiven Miller – Trampın Ağ Evdəki məsləhətçiləri, Hovard Lutnik – ABŞ Ticarət Naziri, Ron Dermer, İsrael Katz, Gideon Saar – İsrail hökumətinin əsas nazirləri, İtamar Ben-Qvir – İsrailin Milli Təhlükəsizlik naziri, Boaz Levy – Israel Aerospace Industries şirkətinin baş direktoru, Jan Koum, Maykl Dell, Bill Ackman, Mark Benioff, Larri Ellison, Maykl Blumberg - dünya şöhrətli milyarderlər, Tomer Barnea - İsrail Hərbi Hava Qüvvələrinin komandanı, Benni Qantz və Yair Lapid - İsrail müxalifət liderləri, Denni Danon, Yeçiel Leyter, Mark Stenli, Çarlz Kuşner – Diplomatiya sahəsində nüfuzlu şəxslər...

Seçilən
34
hafta.az

1Mənbələr