AZ

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər - VİDEO

BMT Baş Məclisində keçirilən Fələstin zirvəsində maraqlı anlar yaşanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan İsrailin Qəzzədəki hücumlarını sərt şəkildə tənqid edərkən birdən-birə səsi kəsilib. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Ərdoğanın çıxışının son 1 dəqiqə 40 saniyəsi zalda eşidilməyib. Hadisə qısa müddətdə geniş müzakirələrə yol açıb.

Türkiyə Prezident Administrasiyas məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, BMT konfransında dövlət və hökumət başçılarının çıxışları üçün 5 dəqiqə, digər nümayəndələr üçün isə 3 dəqiqə vaxt ayrılıb. Bu qaydaya uyğun olaraq Prezident Ərdoğanın mikrofonu da 5-ci dəqiqənin sonunda avtomatik olaraq sönüb.

Açıqlamada vurğulanıb ki, Prezident Ərdoğanın danışmasının dayandırılması və ya sözünün kəsilməsi kimi bir vəziyyət olmayıb. Sadəcə, çıxış zaman-zaman alqışlarla kəsildiyi üçün ayrılan vaxt uzanıb və texniki qaydaya əsasən mikrofon avtomatik bağlanıb.

Seçilən
21
4
day.az

5Mənbələr