AZ

NTD-də növbəti legioner

NTD amerikalı basketbolçu Maykl Braun-Consla heyətini gücləndirib.

İdman.biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, forvard mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

Braun-Cons son olaraq ABŞ-nin "The University of Mississippi" klubunun şərəfini qoruyub.

Qeyd edək ki, NTD buna qədər legionerlərdən Ladarius Marşal, Kobi Montqomeri, Jamel Kinq və Andra Makkinin transferlərini həyata keçirib.

İdman.biz

Seçilən
9
4
idman.biz

7Mənbələr