BAKI, 23 sentyabr. TELEQRAF
ABŞ-də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar və Suriya keçid dövrü Prezidenti Əhməd Şaraa arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Məhəmməd İshaq Dar sosial media hesabında paylaşım edib.
Bildirilib ki, bu, son təxminən 60 ildən sonra Suriya dövlət başçısının BMT Baş Assambleyasında ilk iştirakı olub.
"Görüş zamanı Pakistan tərəfi Suriya xalqı ilə həmrəyliyini bir daha ifadə edib. Tərəflər tarixi Pakistan–Suriya dostluğunu daha da inkişaf etdirmək barədə razılığa gəliblər. Əməkdaşlığın ticarət, insan kapitalının inkişafı və müxtəlif inkişaf sahələrini əhatə edəcəyi qeyd olunub",- paylaşımda qeyd edilir.