AZ

Fransa klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər.

Demokrat.az  "Apasport"a istinadən xəbər verir ki, Fransanın iddialı klublarından olan "Lill" onunla yaxından maraqlanır.

Onlar 6 aya yaxındır Elvini təqib edir.

"Lill" klubu hətta gələn yayı gözləmədən qış "transfer pəncərəsi"ndə Azərbaycan millisinin üzvünü heyətinə cəlb etməyə çalışacaq.

24 yaşlı futbolçu 2019-cu ildən "Qarabağ"ın əsas komandasında çıxış edir. O, 195 oyunda 8 qol vurub və 32 məhsuldar ötürmə edib.

Seçilən
30
3
demokrat.az

5Mənbələr