AZ

Keşiş geyimində prezidentin yanına getdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-da naməlum şəxs keşiş paltarı geyinərək Polşa Prezidenti Karol Navrotskiyə yaxınlaşmağa cəhd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.

“Pensilvaniya ştatının Doylestaun şəhərindəki katolik kilsəsində keşiş paltarı geyinmiş bir şəxs Polşa prezidentinə yaxınlaşmaq istəyib. Naməlum kişi tez bir zamanda mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində heç bir təhlükəli əşya tapılmayıb və müqavimət göstərməyib”, – deyə bildirilib.

Qeyd edək ki, K.Navrotski BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək və ABŞ prezidenti Donald Trampla görüşmək üçün Nyu- Yorka gedib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr