AZ

Tramp radikal solcu hərəkatı terror təşkilatı elan etdi

ABŞ prezidenti Donald Tramp radikal solçu partiya və təşkilatların koalisiyasından ibarət “Antifa” hərəkatını ABŞ daxilində “terror təşkilatı” adlandıran sərəncam imzalayıb.

Herbiand.az xəbər verir ki, bu barədə sentyabrın 22-də Ağ Ev məlumat yayıb.

“Reuters” agentliyinin məlumatına görə, bütün müvafiq nazirlik və qurumlara “Antifa” və onun sponsorları tərəfindən həyata keçirilən "bütün qeyri-qanuni əməliyyatları araşdırmaq və ləğv etmək" tapşırılıb.

“Antifa” Birləşmiş Ştatlarda muxtar anti-faşist və anti-irqçi qrupların ifrat solçu, mərkəzləşdirilməmiş hərəkatıdır. “Antifa” neonasizm və irqçiliklə mübarizə aparan təşkilatların və fərdlərin ümumi adı kimi qəbul olunub.

Seçilən
7
herbiand.az

1Mənbələr