AZ

Kokand şəhərində Üçüncü Beynəlxalq Xalq Tətbiqi Sənət Festivalı və Beynəlxalq Dulusçuluq Forumu başa çatıb

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Özbəkistanın Kokand şəhərində Üçüncü Beynəlxalq Xalq Tətbiqi Sənət Festivalının və Beynəlxalq Dulusçuluq Forumunun bağlanış mərasimi keçirilib.

Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov çıxış edərək qalibləri təbrik edib, onlara mükafatlar verilib.

Forum çərçivəsində dulusçuluq şəhəri olan Riştanda “Ənənəvi dulusçuluq sənətinin qorunması və inkişafı:problemləri və həlli yolları” adlı Beynəlxalq elmi-praktik konfrans keçirilib, bu qədim şəhərdə “Ənənəvi Keramika Muzeyi”nin açılışı olub, “Özbəkistanın bədii keramikası” kitabının təqdimatı keçirilib, Kokandda milli və xarici keramika ustalarının sərgisi baş tutub.  

Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycandan gələn xalçaçı rəssam, miniatür ustası Ağasadıq Süleymanov da sərgidə iştirak ediblər. 

Xatırladırıq ki, bu günlərdə Kokand şəhərinə “Beynəlxalq Dulusçular şəhəri” adı verilib,TÜRKSOY-un Baş Katibliyi qədim Kokand şəhərini “Türk dünyasının sənətkarlar şəhəri” elan edib. 

Forum çərçivəsində keçirilən müxtəlif tədbirlərdə dünyanın 70 ölkəsindən gələn 300-ə yaxın xalq tətbiqi sənət ustası, bu sahənin ekspertləri iştirak edib.

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Kokand

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
xalqqazeti.az

2Mənbələr