AZ

Ərdoğan: Ukraynada müharibə tezliklə bitməyəcək...

Türkiyə prezidenti Avropanın Ukraynaya dəstəyinin məhdud olduğunu vurğulayıb...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı müharibənin yaxın zamanlarda başa çatmayacağına inandığını bildirib.

Poliqon xəbər verir ki, bu barədə Türkiyə prezidenti Fox News telekanalına müsahibəsində deyib.

“Ukraynada müharibənin tezliklə bitəcəyinə çox da inanmıram. Bu, o qədər də yaxşı xəbər deyil”, deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri həmçinin Avropanın Ukraynaya iqtisadi dəstəyini uzun müddət davam etdirə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna iqtisadi imkanlarına görə Rusiya ilə rəqabət aparmaq gücündə deyil.

“Biz ümid edirik ki, bu dəstək davam edəcək”, – deyə Ərdoğan əlavə edib.

Analitiklər bildirirlər ki, Ankara münaqişə ilə bağlı balanslı mövqe sərgiləməyə çalışır. Bir tərəfdən, Türkiyə NATO üzvü olaraq Ukraynaya dəstəyini nümayiş etdirir, digər tərəfdən isə Moskva ilə əməkdaşlığı qoruyaraq, müharibənin danışıqlar yolu ilə həllini təşviq etməyə çalışır.

Ərdoğanın sözləri həm Ukraynanın gələcək iqtisadi davamlılığına, həm də Qərbin mövcud dəstəyinin uzunmüddətli perspektivlərinə dair suallar doğurur.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr