AZ

Qazaxıstan və BMT arasında memorandum imzalandı

BAKI, 23 sentyabr. TELEQRAF

“Qazaxıstan BMT-ni dəstəkləyəcək və ona sülhün möhkəmlənməsinə kömək edəcək”.

Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki,

Qazaxıstan Prezidenti və BMT Baş katibi BMT Baş Assambleyasının sessiyasının gündəliyini müzakirə ediblər. Kasım-Jomart Tokayev təsdiqləyib ki, Qazaxıstan təşkilatı dəstəkləməyə davam edəcək və onun sülh, sabitlik və davamlı inkişafın möhkəmləndirilməsində mərkəzi rolunu fəal şəkildə təbliğ edəcək”, - prezidentin mətbuat xidməti bildirib.

Görüş zamanı Tokayev və Quterreşin iştirakı ilə BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin fəaliyyətinə dair memorandum imzalanıb.

Qazaxıstan prezidenti sentyabrın 21-dən 23-dək Nyu-Yorkda işgüzar səfərdədir. Onun BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı nəzərdə tutulub.

Seçilən
20
2
teleqraf.com

3Mənbələr