AZ

Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasını istəyir

Pekin, 23 sentyabr, AZƏRTAC

Yaponiya BMT-nin Təhlükəsizlik Şurasında islahatlar aparılmasını istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın NHK kanalı məlumat yayıb. Kanalın xəbərinə görə, Baş nazir İşiba Şiqeru BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi debatında Təhlükəsizlik Şurasında islahatlara çağırış edəcək. Güman olunur ki, Baş nazir Təhlükəsizlik Şurasının fəaliyyətinin pozulduğunu söyləyəcək və şuradakı yerlərin sayının artırılmasının vacibliyini vurğulayacaq.

Qeyd edək ki, Yaponiyanın Baş naziri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka yola düşüb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
5
1
azertag.az

2Mənbələr