AZ

"Azərsilah"ın əməkdaşı istehsalat qəzasında xəsarət alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilib.
Hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılıb və peşəkar tibbi xidmət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Seçilən
58
50
oxu.az

10Mənbələr