İtaliya A Seriyasında 4-cü tur başa çatıb.
Offsideplus.az xəbər verir ki, qapanış matçında son çempion "Napoli" "Piza"nı qəbul edib.
Neapol təmsilçisi çətinliklə də olsa, qələbə qazanmağı bacarıb - 3:2.
Onlara qələbə gətirən qolları Billy Qilmur, Leandro Spinatsola və Lorentso Lukka vurub.
"Napoli" 12 xalla itkisiz liderdir. Debütant "Piza"nın isə aktivində 1 xal var.