AZ

Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq - FT

Vaşinqtonun Baltikyanı ölkələrə reaksiyasındakı qeyri-müəyyənlik Moskva üçün əsas amildir.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzetində yayımlanan məqalədə deyilir.

Nəşr Estoniya sərhədində Rusiya qırıcılarının hava məkanını pozmasına diqqət çəkir.

Bununla belə, nəşr qeyd edir ki, əgər Rusiya nə vaxtsa, məsələn, Estoniyaya və ya NATO-nun hər hansı digər ölkəsinə genişmiqyaslı işğala başlamaq qərarına gəlsə, ABŞ Prezidenti Donald Trampın buna necə cavab verəcəyi ilə bağlı açıq sual yaranır.

"İşğal və hücum olarsa Putini nə gözləyir? Amerika altıncı donanmasının Baltik dənizinə gəlməsi, yoxsa Alyaskada görüşə dəvət?” - Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis bildirib.

Nəşrin yazdığına görə, Tramp administrasiyası ilə onun Baltikyanı müttəfiqləri arasında real gərginlik var.

Tramp administrasiyasındakı bəzi dairələrdə düşünürlər ki, Baltikyanı ölkələr Putinə münasibətdə təhlükəli dərəcədə aqressivdir.

Bu yaxınlarda Pentaqonda keçirilən yüksək səviyyəli görüşdə Baltikyanı ölkələrin rəsmiləri Rusiyaya qarşı “ideoloji” müxalifətdə ittiham olunublar:

"Baltikyanı ölkələrlə ABŞ arasında şübhələrin qarşılıqlı olduğu bildirilir. Estoniya Xarici İşlər Nazirliyinin dəhlizlərində ABŞ-ın 2024-cü ilin fevralında Rusiya ilə eyni istiqamətdə səs verdiyi BMT-nin Ukrayna üzrə debatının səsvermə nəticələrinin böyük surətinin nümayiş etdirildiyi iddia edilir. Mesaj aydın görünürdü: Donald Tramp administrasiyasının onların tərəfində olduğunu düşünməyin".

Seçilən
7
3
hurriyyet.az

4Mənbələr