AZ

"Liverpul" və "Barselona" Julian Alvarezlə maraqlanır

"Atletiko Madrid"in hücumçusu Julian Alvarez karyerasını başqa klubda davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Fichajes" məlumat yayıb.

Mənbənin məlumatına görə, 25 yaşlı argentinalı ilə "Liverpul" və "Barselona" maraqlanır. Futbolçu gələn yay Madrid klubundan ayrılmağı düşünür.

Alvarez 2024-cü ilin yayından "Atletiko"da çıxış edir. O, klubda 62 matçda 30 qol vurub, 9 məhsuldar ötürmə edib.

Seçilən
24
operativmedia.az

1Mənbələr