Parisdə "France Football" jurnalının təşkil etdiyi "Qızıl top" mərasimi baş tutub.
Tarixdə dördüncü dəfə mükafat bir təqvim ilinin deyil, bir mövsümün sonunda (1 avqust 2024-cü il - 13 iyul 2025-ci il) təqdim olundu. Səsvermədə FİFA-nın hazırkı 100 ən yaxşı reytinqinə daxil olan ölkələrin idman jurnalistləri iştirak ediblər. Onlar 10 oyunçu seçiblər. Bu siyahıda birinci olan oyunçuya 15 xal, ikinciyə - 12, üçüncüyə isə 10 xal verilir. Sonra oyunçular səkkizdən birə qədər xal alırlar.
Ən çox xal toplayan PSJ və Fransa millisinin futbolçusu Usman Dembéle “Qızıl top”u qazanıb.
2-ci yerdə "Barselona"nın ispaniyalı futbolçusu Lamin Yamal, 3-cü yerdə PSJ-dən portuqaliyalı Vitinya qərarlaşıb.
Aşağıdakılar müxtəlif nominasiyalarda da qalib gəldilər:
Ən yaxşı qadın futbolçu - Aitana Bonmati (İspaniya, Barselona)
Ən yaxşı gənc futbolçu - Lamin Yamal (İspaniya, Barselona)
Ən yaxşı gənc qadın futbolçu - Viki Lopez (İspaniya, Barselona)
Ən yaxşı məşqçi - Luis Enrike (İspaniya, PSJ)
Qadın futbolunda ən yaxşı məşqçi - Sarina Viqman (İngiltərə millisi)
Ən yaxşı qapıçı - Canluici Donnarumma (İtaliya, Mançester Siti)
Ən yaxşı qadın qapıçı - Hannah Hampton (İngiltərə, Chelsea)
Ən yaxşı hücumçu - Viktor Győkeres (İsveç, Arsenal)
Ən yaxşı hücumçu - Ewa Pajor (Polşa, Barselona)
Ən yaxşı klub - PSJ (Fransa)
Ən yaxşı qadın klubu - Arsenal (İngiltərə).
Əziz MUSTAFA