AZ

Ərdoğan: NATO Rusiya və Ukrayna ilə münasibətlərdə Türkiyədən nümunə götürməlidir...

Türkiyə lideri Ukrayna müharibəsinin yaxın vaxtlarda bitməsinə inanmadığını bildirib...

Poliqon xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fox News telekanalına müsahibəsində NATO ölkələrinə çağırış edərək, alyansın Rusiya və Ukrayna ilə münasibətlərdə Türkiyənin tətbiq etdiyi modeli örnək götürməli olduğunu bildirib. “NATO həm Rusiya, həm də Ukrayna ilə münasibətlərində bizim istifadə etdiyimiz modeli əsas götürməlidir”, – deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan həmçinin Rusiya-Ukrayna münaqişəsinin yaxın gələcəkdə sona çatacağına inanmadığını açıqlayıb. Onun sözlərinə görə, müharibənin uzanması Avropanın da iqtisadi yükünü artırır və Qərb ölkələri Kiyevə “sonsuzadək maliyyə dəstəyi verə” bilməz.

Türkiyə lideri xatırladıb ki, Ankara münaqişənin əvvəlindən həm Moskva, həm də Kiyev ilə dialoqu davam etdirən nadir ölkələrdən biridir. Ərdoğan dəfələrlə vasitəçilik təşəbbüsləri ilə çıxış edib, xüsusilə taxıl sazişinin imzalanmasında mühüm rol oynamışdı.

Analitiklərin fikrincə, Ərdoğanın açıqlaması NATO daxilində müharibəyə yanaşmaların parçalı olduğunu bir daha göstərir. Ankara alyansın üzvü olsa da, həm Moskva ilə iqtisadi əlaqələri saxlayır, həm də Ukraynaya hərbi dəstək verir.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr