AZ

Almaniya Rusiyayla müharibə ssenarisində gündə 1000 yaralı gözləyir

Bundesver səhra hospitalı, qatar və helikopterlərdən istifadə planını müzakirə edir...

Poliqon xəbər verir ki, Almaniya silahlı qüvvələri NATO ilə Rusiya arasında mümkün genişmiqyaslı münaqişə zamanı gündə minədək yaralı hərbçiyə tibbi yardım göstərməyə hazırlaşır. Bu barədə Bundesverin baş həkimi Ralf Hoffmann Reuters agentliyinə açıqlama verib. Onun sözlərinə görə, itkilərin dəqiq sayı döyüşlərin intensivliyindən asılı olacaq.

“Reallığa uyğun danışsaq, təxminən gündə 1000 yaralı hərbçi ilə hesablaşmalıyıq”, – deyə Hofmann bildirib. O, qeyd edib ki, döyüşlərin xarakteri ciddi şəkildə dəyişib: Ukraynada əsasən dronlardan qaynaqlanan yanıq xəsarətləri və qəlpə yaraları üstünlük təşkil edir. Dronların istifadəsi yaralıların təxliyəsini çətinləşdirir və bu səbəbdən onları uzun müddət ön cəbhədə sabit vəziyyətdə saxlamaq tələb olunur.

Buna görə də Bundesver hospital qatarlarının və xüsusi tibbi avtobusların istifadəsini nəzərdən keçirir, həmçinin sanitar aviasiyanın imkanlarını artırır. İlkin tibbi yardım ön xətdə göstərildikdən sonra yaralıların əsasən Almaniyanın mülki xəstəxanalarına göndərilməsi planlaşdırılır. Hoffmann ehtiyacın ölkə üzrə ümumi 440 min çarpayı fondundan 15 min çarpayı təşkil edəcəyini qeyd edib.

Hazırda Bundesverin 15 min nəfərlik tibbi heyəti mövcuddur, lakin artan ehtiyac səbəbindən onun genişləndirilməsi planlaşdırılır. Analitiklərin fikrincə, Almaniyanın bu hazırlıqları NATO daxilində Rusiyayla gərginliyin davamlı eskalasiyasının əlaməti kimi dəyərləndirilə bilər.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr