AZ

Çin alimləri əllər üçün passiv robot ekzoskelet təqdim ediblər

Bakı. Trend:

Çin alimləri ilk dəfə olaraq əllər üçün nəzərdə tutulmuş passivrobot ekzoskeletləri təqdim ediblər. Bu unikal cihazlar ağır fizikiişlərin yerinə yetirilməsini xeyli asanlaşdırır.

Trend xəbər verirki, bu barədə “Global Times” məlumat yayıb.

Yeni ekzoskelet maqnitoreoloji hərəkət sistemi əsasında işləyir,tutma zamanı dəstək təmin edir və biləyin dözümlülüyünü əhəmiyyətlidərəcədə artırır. İxtira Çin Elmlər və Texnologiya Universitetinin(USTC) professoru Sun Şuayşuayın rəhbərlik etdiyi tədqiqat qruputərəfindən hazırlanıb.

Professorun sözlərinə görə, növbəti mərhələdə ekzoskeletin insanniyyətini tanıma texnologiyası ilə təkmilləşdirilməsiplanlaşdırılır. Bu halda cihaz istifadəçinin konkret tapşırıqlarınauyğun dəstək qüvvəsi təmin edəcək. Həmçinin karkasın çəkisiniazaltmaq və dözümlülüyünü artırmaq üçün kompozit materiallar və 3Dçap texnologiyasından istifadə nəzərdə tutulur.

Passiv ekzoskeletin müəllifləri qeyd edirlər ki, cihaz 200kiloqramdan çox ağırlığa malik daş lövhələri asanlıqla qaldırmağaimkan verir. Bu isə onun fövqəladə hallarda – məsələn, zəlzələdənsonra dağıntıların təmizlənməsi və yaralıların təxliyəsiəməliyyatlarında istifadəsi üçün böyük perspektivlər açır.

Passiv ekzoskeletlər enerji mənbəyinə ehtiyac olmadan, əksçəkilər və rıçaqlar hesabına işləyir.

Seçilən
23
az.trend.az

1Mənbələr