AZ

Aqarunovun vurduğu tankın komandiri öldü

Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni tankının komandiri Qaqik Avşaryan ölüb.

Heftelik.az Oxu.Az-a istinadən xəbər verir ki, Qaqik Avşaryanın komandanlıq etdiyi 442 nömrəli T-72 erməni tankı Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında məhv edilib. İki ekipaj üzvü – Aşot Avanesyan və Şahen Sarkisyan yerindəcə ölüb, polkovnik Qaqik Avşaryan isə döyüş meydanından qaçıb.

Uzun müddət tank Şuşanın girişində yerləşdirilib, lakin şəhər azad edildikdən sonra 2023-cü ildə o, yerindən çıxarılaraq Bakıya gətirilib.
Seçilən
22
6
heftelik.az

7Mənbələr